...

İsrail Fələstin və Suriya ilə ilkin şərtlər olmadan danışıqlar aparmağa hazırdır - Baş nazir

Siyasət Materials 3 Avqust 2009 16:52 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, İsrail Suriya və fələstinlilərlə ilkin şərtlər olmadan danışıqlar aparmağa hazırdır. Bu barədə Al Jazeera saytı İsrail mənbələrinə istinadən xəbər verir.

Netanyahu bildirib ki, ərəb ölkələri tərəfindən İsrailin yəhudi dövləti kimi tanınmasını gözləyir və beş milyon fələstinli qaçqının məsələsi silah tədarükü və təhlükəsizliyin pozulmasının qarşısını almaq məqsədilə İsrailin sərhədləri çərçivəsində həll ediləcək.

Nazirlər Kabinetinin bazar günü iclasında Netanyahu bildirib ki, fələstinlilərdən İsrailin yəhudi xalqının dövləti kimi tanınması və regiondakı təhlükəsizliyin təminatı üzrə birgə tədbirləri gözləyir. O hesab edir ki, fələstin dövlətinin gələcəyi silah tədarükündən tamamilə azad olmalıdır.

"İsrailin fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınması, qaçqınlar məsələsinin İsrail sərhədləri çərçivəsində həlli, həmçinin Fələstin ərazisində silah tədarükünə nəzarət sülh prosesi ilə bağlı şərtlər deyil", - Netanyahu hesab edir.

O, həmçinin Suriya ilə ilkin şərtlər olmadan birbaşa danışıqlar aparmağa hazır olduğunu da bildirib. Bu barədə Al Jazeera Baş nazirin ofisindəki rəsmi mənbəyə istinadən xəbər verir.

Netanyahunun suriyalılarla danışıqlara hazır olması ilə bağlı bəyanatı, Suriya Prezidenti Bəşşar əl-Əsədin Dəməşqin Colan yüksəklikləri üzərindəki nəzarəti sülh müqaviləsi imzalamadan geri qaytarmağa hazır olması, həmçinin Suriya ərazisinin işğalı ilə İsraillə sülhün bir yerdə mümkün olmaması barədə sözlərindən sonra səslənib.

Xəbər lenti

Xəbər lenti