...

İsrailin Azərbaycan ilə yaxınlaşması bu respublikaya ixracın artmasına səbəb oldu – İsrailin yeni səfiri

Siyasət Materials 4 Avqust 2009 13:42 (UTC +04:00)
Avqustun ortalarında Bakıya gələcək İsrailin Azərbaycandakı yeni səfiri Mixael Lavon-Lotem hesab edir ki, İsrailin digər ölkələrlə müqayisədə Azərbaycan ilə əməkdaşlıq etmək və iqtisadi münasibətləri genişləndirmək imkanları daha böyükdür.
İsrailin Azərbaycan ilə yaxınlaşması bu respublikaya ixracın artmasına səbəb oldu – İsrailin yeni səfiri

Avqustun ortalarında Bakıya gələcək İsrailin Azərbaycandakı yeni səfiri Mixael Lavon-Lotem hesab edir ki, İsrailin digər ölkələrlə müqayisədə Azərbaycan ilə əməkdaşlıq etmək və iqtisadi münasibətləri genişləndirmək imkanları daha böyükdür.

"Əmtəə mübadiləsinin daha yükəsk səviyyəsinə nail olmaq üçün bizə kömək edə biləcək bir fakt var ki, o da coğrafi yaxınlıqdır. Azərbaycan qlobal maliyyə böhranından digər ölklərə nisbətən daha az zərər çəkib, dövlətlərimiz arasında yaxınlıq İsraildən bu ölkəyə ixracının artmasına səbəb oldu", - deyə Lavon-Lotem IzRus portalına ilk müsahibəsində bildirib.

Keçmiş səfir Artur Lenki əvəz edən Lavon-Lotem "İsrail və Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması, əmtəə dövriyyəsinin artırılması və tərəfdaş münasibətlərin möhkəmləndirilməsini" özünün əsas məqsədi adlandırıb.

Əvvəlcə Qazaxıstanda və Qırğızıstanda səfir olan diplomat İsrailin Qafqazda, xüsusilə Azərbaycan və İranda siyasi vəziyyətə müdaxilə etməsini yolverilməz adlanıdırıb.

"Mən lap yaxınlığında İran yerləşən Azərbaycanın strateji əhəmiyyətini çox yaxşı başa düşürəm. Bakının Tehran ilə münasibətləri gərginləşdirməkdə maraqlı olmadığı da aydındır və buna görə də  mən hər hansı gurultulu bəyanat səsləndirməməyi üstün tuturam", - deyə Lavon-Lotem bildirib.

По его словам, "Азербайджан - это стратегический перекресток, и не тот перекресток, который можно игнорировать".

Onun sözlərinə əsasən, "Azərbaycan elə bir strateji məkandır ki, onu nəzərə almamaq mümkün deyil".

Xəbər lenti

Xəbər lenti