...

Azərbaycan muğamı haqqında film kinofestivalda mükafata layiq görülüb

Siyasət Materials 6 Avqust 2009 17:44 (UTC +04:00)
Azərbaycanın milli musiqisinin dörd ifaçısı haqqında on beş dəqiqəlik musiqili video, ABŞ-ın Montana ştatına qastrol səfərlərdə Kaliforniyanın La Colla şəhərində keçirilən "Accolade 2009" kinofestivalında "sənədli filmlər kateqoriyasında qısametrajlı filmlər sahəsində xidmətlərinə görə" mükafata layiq görülüb.
Azərbaycan muğamı haqqında film kinofestivalda mükafata layiq görülüb

Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir V.Javoronkova /

Azərbaycanın milli musiqisinin dörd ifaçısı haqqında on beş dəqiqəlik musiqili video, ABŞ-ın Montana ştatına qastrol səfərlərdə Kaliforniyanın La Colla şəhərində keçirilən "Accolade 2009" kinofestivalında "sənədli filmlər kateqoriyasında qısametrajlı filmlər sahəsində xidmətlərinə görə" mükafata layiq görülüb.

"Montanada sirli muğam musiqisi" filmi "Qədim Şərq" musiqi qrupunun Montana ştatından şərqdə yerləşən Billinqsdəki "Rocky Mountain" kollecində, ştatın cənub mərkəzi hissəsində yerləşən Brozemandakı Montana Dövlət Universitetinin musiqi şöbəsində, Yellouston çayı sahilində yerləşən Linqvistika kitabxanasında və nəhayət məşhur muğam mütəxəssisi Cefri Verbokun da qatıldığı ştatın Missouldakı universitetdə çıxışı qrupun mədəniyyətlərarası keşməkeşli yolunu daha ətraflı şəkildə əks etdirir. Marşrut boyunca qrup yüzlərlə yerli sakini Azərbaycanın qeyri-ritmik, sirli musiqi modeli - muğamı ilə tanış edib.

"Biz şadıq ki, sizin yaradıcılığınızın yükəsk səviyyəsini qiymətləndirə bildik və "Accolade" müsabiqəsinin vacib tərkib hissəsi oldunuz", - "Accolade" təşkilatının sədri, doktor Tomas Beyker bildirib. Bu barədə Trend -a "Montanada Muğam" promo filminin rejissoru, Montana Dövlət Universitetinin və Linqvistika iqamətgahının professoru Tomas Qolts məlumat verib. "Accolade" mükafatını qazanmaq asan deyil.

"Sirli muğam musiqisi" filmi Missouldan olan Yen Klarkın əlavə kadrları ilə teleoperator Livinqston Rendi Yakob, Montana qrupundan olan redaktor Keti Maqruder tərəfindən çəkilib. Filmə Azərbaycan-Avropa İttifaqı Cəmiyyətinin sədri Taleh Heydərov prodüserlik edib.

Xüsisi yardım isə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ qaçqını olan və hazırda Billinqsdə yaşayan Vahid Ələkbərov, Azərbaycan Respublikasının Los-Ancelesdə və ABŞ-ın qərbində yerləşən on üç ştat, həmçinin Montanada baş konsulu Elin Süleymanov tərəfindən göstərilib.

"Bu mükəmməl kollektiv səyi idi və mən bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Bu həzz müharibələrdən və siyasi uğursuzluqlardan fərqli olaraq, Azərbaycan mədəniyyəti və incəsənəti barədə danışır", - deyə Azərbaycan, Qafqazın post sovet ölkələri, Gürcüstan və Çeçenistan üzrə məşhur ekspert Qolts bildirib.

"Accolade" mükafatı artıq beş ildir ki, yaradılıcılıqda xüsusi nailliyətlər sərgiləyən peşəkarların kino, televiziya və video çəkilişlərinə görə təqdim olunur. Müsabiqə işləri kino və teleziya sahəsində yüksək ixtisaslı mütəxəssislər tərəfindən qiymətləndirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti