Azərbaycan, Bakı, 06 avqust / Trend , müxbir, A.Hüseynbala /
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat, Azərbaycan-Rumıniya dostluq cəmiyyətinin sədri Azay Quliyev Buxarest şəhərinin II sektorunun meri Nikolay Ontsyanunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Quliyev iki ölkə arasındakı əlaqələrin regionda və Avropada sülhə, əmin-amanlığa, iqtisadi və mədəni tərəqqiyə xidmət etdiyini deyib", - cümə axşamı Trend -a Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən bildirilib.
Ontsyanu Azərbaycanla Rumıniya arasında dostluğun və qarşılıqlı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün Buxarest şəhər rəhbərliyinin bundan sonra da səy göstərəcəyini vurğulayıb. "Buxarestdə ümummilli lider Heydər Əliyevin adına parkın salınmasını və orada dahi siyasətçiyə abidə ucaldılmasını Azərbaycanı rumınlara daim xatırladan bir dostluq rəmzi kimi qiymətləndirirəm", - mer əlavə edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]