Gürcüstan, Tbilisi, 07 avqust / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanda "donuz qripi"nə yoluxma ilə bağlı 13-cü fakt qeydə alınıb. A(H1N1) virusu Almaniyadan gələn Gürcüstan vətəndaşında aşkar edilib.
Xəstənin vəziyyəti normaldır və o, həkimlərin nəzarəti altındadır, nazirlikdən xəbər verilib.
İndiyə kimi Gürcüstanda "donuz qripi"nə yoluxma ilə bağlı 13 fakt qeydə alınıb. Xəstələrdən 10-u artıq sağalıb.
Gürcüstanda yalnız gəlmə yolu ilə virusa yoluxma halları qeydə alınıb, ölkə daxilində virusun yayılması faktları mövcud deyil.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]