...

Azərbaycan Prezidenti ukraynalı həmkarını Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 22 Avqust 2009 11:32 (UTC +04:00)
Təbrik məktubunda dövlət başçısı dərin tarixi köklərə və xoş ənənələrə malik Azərbaycan-Ukrayna münasibətlərinin bu gün dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. Ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində səmərəli iş birliyinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini qeyd edib.
Azərbaycan Prezidenti ukraynalı həmkarını Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Viktor Yuşşenkonu  Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Təbrik məktubunda dövlət başçısı dərin tarixi köklərə və xoş ənənələrə malik Azərbaycan-Ukrayna münasibətlərinin bu gün dostluq və əməkdaşlıq məcrasında müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. Ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional qurumlar çərçivəsində səmərəli iş birliyinin münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyini qeyd edib.

Prezident qarşılıqlı maraq doğuran konstruktiv əməkdaşlığın dərinləşməsinə, işgüzar əlaqələrimizin hərtərəfli inkişafına dair niyyətləri gerçəkləşdirmək yolunda birgə səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.

Dövlət başçısı ukraynalı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Ukrayna xalqına sülh və rifah diləyib.

Xəbər lenti

Xəbər lenti