Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir E.Tariverdiyeva /
"Azərbaycan yüksək səviyyədə dini və milli cəhətdən dözümlü ölkədir. Ölkədə öz dininə və ənənələrinə riayət edən insanların yaşaması çox gözəldir. Rusiya səfiri kimi bu mənim üçün xoşdur", - RF-nin Azərbaycandakı səfiri Vladimir Doroxin cümə günü İsmayıllı rayounun İvanovka kəndinin sakinləri ilə görüşdə bildirib.
Bu gün Rusiya diplomatı əhalisinin çoxu rusdilli olan İvanovka kəndinə səfər edib. Kənddə 3,2 min nəfər yaşayır.
Səfəri zamanı səfir açılması oktyabr ayına planlaşdırılan Heydər Əliyev muzeyinə, kolxoza, bu il 50 ən yaxşı orta məktəb siyahısına daxil olan təhsil müəssisəsinə baş çəkib.
Diplomat kolxozun sədri Mixail Panserov və İsmayıllı rayonun icra başçısı ilə görüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]