Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir K.Zərbalıyeva /
Naxçıvan Muxtar Respublikasında hərbi təlim zamanı əsgərlərin ölüm faktı ilə bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanlarından cümə günü Trend -a verilən məlumata görə, təlim zamanı zirehli texnika aşıb və iki hərbçi - Ağstafa Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış gizir, 26 yaşlı Ramal Yusifov və müddətdən artıq xidmət edən hərbi qulluqçu, Naxçıvanın Kəngərli rayonunun Qıvraq kənd sakini, 36 yaşlı Rahib Qədimli həlak olublar.
Faktla bağlı Naxçıvan MR-in Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən maşınları idarəetmə və istismar qaydalarını pozma (351.2) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]