...

Türkiyə Afrikada on yeni səfirlik açmağı planlaşdırır

Siyasət Materials 4 Sentyabr 2009 11:44 (UTC +04:00)
Türkiyə Afrikada on yeni səfirlik açmağı planlaşdırır

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir A.Axundov /

Türkiyənin Afrikada on yeni səfirliyin açılması barədə planları Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun misirli həmkarı Əhməd Əbu əl-Qety və Misirin Baş naziri Əhməd Nazif ilə cümə axşamı Qahirədə keçirilən görüşdə müzakirə edilib. Bu barədə Türkiyənin İnformasiya Agentliyi xəbər verib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlər, Yaxın Şərq problemləri, Türkiyə və Misir arasında dəniz sərhədinin daha səmərəli istifadəsi yolları müzakirə edilib.

Cümə axşamı Davudoğlu Misirin kəşfiyyat dəstəsinin başçısı, general-leytenant Ömər Süleyman ilə görüşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti