...

ABŞ Prezidenti və dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etmək niyyətindədir - Dövlət Departamentinin nümayəndəsi

Siyasət Materials 19 Sentyabr 2009 11:13 (UTC +04:00)
ABŞ Prezidenti və dövlət katibi gələcəkdə Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamaları naminə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etmək niyyətindədirlər. Bu barədə siyasi məsələlər üzrə dövlət katibinin müavini Vilyam Berns Corctaun Universitetində keçirilən konfrans zamanı deyib.
ABŞ Prezidenti və dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etmək niyyətindədir - Dövlət Departamentinin nümayəndəsi

Azərbaycan, Bakı, 19 sentyabr / Trend /

ABŞ Prezidenti və dövlət katibi gələcəkdə Azərbaycan və Ermənistanın sülh şəraitində yaşamaları naminə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün imkanlardan istifadə etmək niyyətindədirlər. Bu barədə siyasi məsələlər üzrə dövlət katibinin müavini Vilyam Berns Corctaun Universitetində keçirilən konfrans zamanı deyib.

"Robert Bradkanın ABŞ tərəfindən ATƏT-in Minsk qrupuna həmsədr təyin edilməsi də bu məqsədə xidmət edir", - o bildirib.

"Biz ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən danışıqların inkişafı gələn ay keçirilən görüşlər zamanı onlara əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək", - Berns deyib.

Bununla əlaqədar olaraq dövlət katibinin müavini gələcək iqtisadiyyata xidmət edəcək Ermənistan-Türkiyə əlaqələrinin də normallaşmasına toxunub.

Xəbər lenti

Xəbər lenti