...

Gürcü-osetin münaqişə zonasında Gürcüstan polisinin maşını minaya düşüb

Siyasət Materials 24 Sentyabr 2009 16:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcü-osetin münaqişə zonasındakı Dvani kəndində bu gün Gürcüstan polisinin maşını minaya düşüb. Partlayış nəticəsində üç polis əməkdaşı yüngül xəsarət alıb. Zərərçəkmişlər Qori şəhər xəstəxanasında tibbi yardım alırlar.

İstintaq tədbirləri aparan və patlayıcı vasitələrin növünü araşdıran Avropa İttifaqının müşahidəçiləri artıq hadisə yerindədirlər. Gürcüstan tərəfi bildirib ki, bu, radioidarəolunan minadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti