...

ABŞ Türkmənistana qədim kitabların restavrasiyasında kömək edəcək

Siyasət Materials 26 Sentyabr 2009 14:52 (UTC +04:00)
Türkmənistan milli kitabxanası ABŞ hökumətindən XVI-XIX əsrlərə aid nadir və qiymətli kitabların konservasiyası və restavrasiyası üçün 50 min qrant alıb.
ABŞ Türkmənistana qədim kitabların restavrasiyasında kömək edəcək

Türkmənistan, Aşqabad, 26 sentyabr / Trend , müxbir H.Həsənov /

Türkmənistan milli kitabxanası ABŞ hökumətindən XVI-XIX əsrlərə aid nadir və qiymətli kitabların konservasiyası və restavrasiyası üçün 50 min qrant alıb. Bu barədə ABŞ-ın Aşqabaddakı diplomatik missiyasının press-relizində deyilir.

"Bu kitablar Türkmənistanın ədəbi xəzinəsində əhəmiyyətli paya malikdirlər və onların saxlanılması türkmən nəsillərinə öz irsləri ilə fəxr etməyə imkan verəcək", - məlumatda deyilir.

Qrantın təqdimedilmə mərasimində ABŞ-ın Türkmənistandakı müvəqqəti işlər vəkili Silviya Karren iştirak edib.

"Bu ABŞ-dakı dünya ölkələrinin səfirlikləri arasında keçirilən yüksək rəqabətli qlobal yarışdır. Bu yarışmada səfirliklər öz dövlətlərinin layihə təkliflərinin bəyənilməsi üçün Vaşinqtona təqdim edirlər. Türkmənistanın da uğurlu layihə təklifləri çox olub. Bu il də müsabiqəyə bir sıra layihə təklifləri göndərilib", - o deyib.

Qrant "Mədəni irsin saxlanması üzrə səfir fondu" proqramının bir hissəsidir. Hazırda bu fond bütün dünya üzrə ümumi dəyəri 13,4 milyon dollardan artıq olan 500-dən artıq layihəni dəstəkləyir.

Son səkkiz il ərzində ABŞ ümumi dəyəri 250 min dollardan artıq olan 11 Türkmənistan layihəsini dəstəkləyib. Bu layihələr tarixi, mədəni obyektlərin və abidələrin saxlanması ilə bağlı olub. Keçmişdə maliyyələşən layihələr tarixi binaların bərpası üzrə texniki kömək, kolleksiya muzeylərinin qiymətləndirilməsi və konservasiyası, arxeoloji abidələrin saxlanması, arxivlərin və əlyazmalarının saxlanma şəratinin yaxşılaşdırılması ilə bağlı olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti