...

Azərbaycan Prezidenti İndoneziyanın dövlət başçısına zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 2 Oktyabr 2009 15:43 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya ölkənin Sumatra adasında zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq başsağlığı verib.
Azərbaycan Prezidenti İndoneziyanın dövlət başçısına zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyonoya ölkənin Sumatra adasında zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar olaraq başsağlığı verib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Prezidenti şəxsən öz adından və Azərbaycan xalqı adından təbii fəlakət nəticəsində həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İndoneziya xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Xəbər lenti

Xəbər lenti