...

Azərbaycanın Dövlət Sərhəd Xidməti Xəzər dənizinin mühafizəsini gücləndirib

Siyasət Materials 14 Oktyabr 2009 10:30 (UTC +04:00)
Azərbaycanın Dövlət Sərhəd Xidməti Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mühafizəsini gücləndirib.
Azərbaycanın Dövlət Sərhəd Xidməti Xəzər dənizinin mühafizəsini gücləndirib

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin mühafizəsini gücləndirib.

DSX-nin sərhəd gözətçi gəmiləri, texniki müşahidə və sahil məntəqələri tərəfindən dənizə çıxan üzmə vasitələrinin yoxlanılması, dənizdə hərəkət zamanı müəyyən olunmuş üzmə rayon və yollarına riayət edilməsi ciddi nəzarətə alınıb, DSX-nin mətbuat xidmətindən çərşənbə günü Trend -a bildirib.

Məlumatda bildirilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 1954-cü il təvəllüdlü Babayev Alim Dadaş oğlu, 1973-cü il təvəllüdlü Qraçov Serqey Nikolayeviç, 1974-cü il təvəllüdlü Cabbarov Orxan Ramiz oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı həmin şəxslərin icazəsiz dənizə çıxmaları, qadağan olunmuş üsulla balıq ovlama məqsədilə içərisinə partlayıcı maddə yerləşdirilmiş şüşə qabları suya ataraq partlayış törətmələri, bu yolla qanunsuz olaraq 200 kq. balıq ovlamaları və realizə etmələri muəyyən olub.

Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb və saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti