...

Sabah Nino Burcanadzenin malikanəsini yarı qiymətə satmağa çalışacaqlar

Siyasət Materials 20 Oktyabr 2009 20:49 (UTC +04:00)
Bu gün Gürcüstanın Maliyyə Nazirliyinin Tbilisi Regional Gəlir Xidməti Mərkəzi yenidən parlamentin eks-spikeri, "Demokratik hərəkat-vahid Gürcüstan" müxalifət partiyasının rəhbəri Nino Burcanadzeyə məxsus Tbilisi yaxınlığındakı Sneti qəsəbəsindəki malikanəni hərraca çıxaracaq.
Sabah Nino Burcanadzenin malikanəsini yarı qiymətə satmağa çalışacaqlar

Gürcüstan, Tbilisi, 20 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstanın Maliyyə Nazirliyinin Tbilisi Regional Gəlir Xidməti Mərkəzi yenidən parlamentin eks-spikeri, "Demokratik hərəkat-vahid Gürcüstan" müxalifət partiyasının rəhbəri Nino Burcanadzeyə məxsus Tbilisi yaxınlığındakı Sneti qəsəbəsindəki malikanəni hərraca çıxaracaq.

Malikanənin başlanğıc qiyməti 11 milyon 494 min laridir (6,7 milyon dollar).

Bu dəfə malikanəni yarı qiymətə - altı milyon lariyə satmağa çalışacaqlar. İlk hərrac oktyabrın 7-də keçirilib, amma heç kəs qiyməti 12 milyon lari (1 dollar=1,67 lari) olan bu malikanəni almaq istəməyib.

Malikanənin satılması barədə qərar 27 avqust tarixində Tbilisi şəhər məhkəməsi tərəfindən verilib.

Buna qədər isə məhkəmə Burcanadzedən Snetidəki malikanəsinə görə dövlətə 1,25 milyon lari (təqribən 760 min dollar) vergi ödəməsini tələb edib. Bu malikanə ona 2008-ci ilin may ayında Prezident Mixail Saakaşvili tərəfindən simvolik qiymətlə bir lariyə verilib (0,6 dollar). Ancaq daha sonra maliyyə nəzarəti orqanları bu malikanə ilə maraqlanıblar, məhkəmə keçirilib və aydın olub ki, onun qiyməti 12 milyon laridir (təxminən 7 milyon dollar) və məhkəmə Maliyyə Nazirliyinin vergi müfəttişliyinin belə malikanəyə görə dövlətə 1,25 milyon lari vergi ödəməsi tələbini qanunauyğun hesab edib.

Burcanadze malikanənin qiymətini "şişirdilmiş" hesab edib və vergini ödəməkdən imtina edib.

Bununla əlaqədar olaraq avqustun 24-də vergi müfəttişliyi onun malikanəsinə həbs qoyub, avqustun 27-də isə məhkəmə nazirliyin onun satılması barədə olan ərizəsinə razılıq verib.

Bu gün Burcanadze malikanəyə gəlib və ona məxsus bütün əmlakını oradan aparıb.

Xəbər lenti

Xəbər lenti