Gürcüstan, Tbilisi, 23 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/
Gürcüstan Parlamentinin sədri Rusiya-Amerika münasibətlərinin "yenidən yüklənməsi"nin Gürcüstanın hesabına baş verməyəcəyinə əmin olub.
David Bakradze ABŞ-a səfərinin yekunlarını açıqlayarkən bəyan etdiyi kimi, səfərinin əsas məqsədi ABŞ və Rusiya arasındakı münasibətlərin "yenidən yüklənməsi"nin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulması hesabına baş verməyəcəyinə əmin olmaq idi.
"Bu, yeddi ay öncə ABŞ-a səfərim zamanı ortaya qoyduğum məsələdir və həm siyasi müzakirələr zamanı, həm də Senatda və NATO-da ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləməsi cavabını aldım", - spiker bəyan edib.
Bakradze səfəri zamanı ABŞ-ın Milli Təhlükəsizlik Şurasının katibi, konresmenlər və senatorlarla görüşüb.