...

Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına hazırlığı başa çatdırıb

Siyasət Materials 5 Noyabr 2009 16:04 (UTC +04:00)
"Biz təşviqat kampaniyasını Azərbaycanın seçki qanunvericiliyinə uyğun aparacağıq", - cümə axşamı Trend News-a Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.
Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına hazırlığı başa çatdırıb

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın hakim partiyası bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına hazırlığı başa çatdırıb.

"Biz təşviqat kampaniyasını Azərbaycanın seçki qanunvericiliyinə uyğun aparacağıq", - cümə axşamı Trend -a Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Qurbanlının sözlərinə görə, təşviqat üçün xüsusi kitab, plakatlar, bukletlər və digər vəsaitlər artıq çap olunub. "Yerlərdə bələdiyyə üzvlüyünə namizədlərin iştirakı ilə seçicilərlə müxtəlif tədbirlər keçirəcəyik", - icra katibinin müavini əlavə edib.

Onun fikrincə, bələdiyyə seçkiləri prezident və parlament seçkilərindən fərqli olduğuna görə hakim partiyanın təşviqat kampaniyası da özəlliyi ilə fərqlənəcək.

"Biz seçkilərə digər partiyalardan fərqli olaraq, daha mütəşəkkil şəkildə hazırlaşmışıq. Düşünürəm ki, səsvermə nəticəsində namizədlərimizn böyük əksəriyyəti bələdiyələrə üzv seçiləcəklər", - Qurbanlı vurğulayıb.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti