...

Azərbaycan cəlbedici ölkə olduğu üçün İran viza rejimini birtərəfli qaydada ləğv edib - hakim partiya

Siyasət Materials 11 Noyabr 2009 13:58 (UTC +04:00)
Azərbaycan cəlbedici ölkə olduğu üçün İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib, Trend News-un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.
Azərbaycan cəlbedici ölkə olduğu üçün İran viza rejimini birtərəfli qaydada ləğv edib - hakim partiya

Azərbaycan, Bakıı, 12 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan cəlbedici ölkə olduğu üçün İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib, Trend -un məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib.

"Burada İranın əsas məqsədi Azərbaycan vətəndaşlarının daha çox gedib-gəlməsində maraqlı olmasıdır", - Qurbanlı əlavə edib.

İran bu gün Azərbaycanla birtərəfli viza rejimini ləğv edib. İranın Nazirlər Kabineti İrana səfər etmək üçün Azərbaycanla (Naxçıvan MR ilə birlikdə) viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib. Bu qərar ölkənin xarici işlər nazirinin təklifi əsasında qəbul edilib və İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi tərəfindən icra üçün XİN-ə göndərilib.

Oktyabrın sonlarında İranın xarici işlər naziri Mənuçöhr Müttəki bu ölkənin Nazirlər Kabinetinə Azərbaycanla birtərəfli viza rejiminin ləğv edilməsi haqda müraciət edib.

Azərbaycan İran ilə viza rejiminin ləğv edilməsi məsələsini milli maraqlar nəzərə alınmaqla nəzərdən keçirəcək, bunu Trend -a öncə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib.

Azərbaycanın İran vətəndaşlarına qarşı viza rejiminin birtərəfli ləğvinə gəldikdə, icra katibinin müavini deyib ki, Azərbaycan tərəfi də bu barədə ciddi düşünməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti