...

Prezident Mixail Saakaşvili Kiyevdə Gürcüstan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edəcək

Siyasət Materials 16 Noyabr 2009 15:44 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili noyabrın 18-də Ukraynaya ikigünlük səfəri zamanı Gürcüstan səfirliyinin Kiyevdə yeni binasının açılış mərasimində iştirak edəcək.
Prezident Mixail Saakaşvili Kiyevdə Gürcüstan səfirliyinin yeni binasının açılış mərasimində iştirak edəcək

Gürcüstan, Tbilisi, 16 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidenti Mixail Saakaşvili noyabrın 18-də Ukraynaya ikigünlük səfəri zamanı Gürcüstan səfirliyinin Kiyevdə yeni binasının açılış mərasimində iştirak edəcək.

Gürcüstanın xarici işlər nazirinin müavini Nino Kalandadzenin bugünkü brifinqdə dediyi kimi, Kiyevin mərkəzindəki bina Gürcüstanın xüsusi mülkiyyətinə verilir.

Saakaşvili səfər çərçivəsində Ukrayna Prezidenti Viktor Yuşenko ilə görüşəcək, həmçinin regional problemlər, Gürcüstanın daxili siyasi vəziyyəti, regiondakı münaqişələr, Gürcüstan-Ukrayna münasibətləri və digər məsələlərin müzakirə olunacağı "Ukraina" ümummilli telekanalında yayımlanacaq siyasi tok-şouda iştirak edəcək.

Tok-şouda ukraynalı ekspertlər və Ukrayna ictimaiyyətinin nümayəndələri də iştirak edəcək. Suallar auditoriya tərəfindən veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti