...

Azərbaycan MSK daxil olmuş şikayətləri araşdırıb

Siyasət Materials 23 Dekabr 2009 17:06 (UTC +04:00)
Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmuş 6 şikayət araşdırılıb. Trend News-un məlumatına görə, bu barədə çərşənbə günü komissiyanın keçirilən iclasında MSK katibi Natiq Məmmədov bildirib.
Azərbaycan MSK daxil olmuş şikayətləri araşdırıb

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olmuş 6 şikayət araşdırılıb. Trend -un məlumatına görə, bu barədə çərşənbə günü komissiyanın keçirilən iclasında MSK katibi Natiq Məmmədov bildirib.

"Həmin şikayətlərdə sadalanan faktların heç birisi təsdiqini tapmayıb. Həmin şikayətlər əsassız olduğu üçün geri qaytarılıb", - Məmmədov deyib.

MSK sədri Məzahir Pənahov isə mətbuatda bələdiyyə üzvlüyünə seçiləcək namizədlərin siyahısının dərc olunmasını əsassız məlumat adlandırıb.

"Seçki keçirilmədən kimin seçiləcəyini demək qeyri-mümkündür", - Pənahov əlavə edib.

Saat 15.00-dək seçicilərin 24 faizinin seçkilərdə iştirakını normal hesab edən Pənahov bildirib ki, bu, həmin müddətədək normal aktivlik hesab olunur.

O deyib ki, səsvermə günü hər hansı bir zorakılıq baş verərsə, prokurorluq orqanlarına müraciət olunmalıdır.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

MSK səsvermənin gedişi barədə saat 17.00 və 19.00-da məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti