...

Azərbaycan və Gürcüstanın daxili işlər nazirləri mütəşəkkil cinayətkarlıqla mübarizədə qarşılıqlı əlaqələri müzakirə ediblər

Siyasət Materials 28 Dekabr 2009 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Gürcüstanın daxili işlər nazirləri mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.

DİN-in mətbuat xidmətində deyildiyi kimi, Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Gürcüstandan olan həmkarı Vano Merabişvilini qəbul edib.

Görüş zamanı Usubov iki ölkənin hüquq-mühafizə orqanları arasındakı, xüsusən də mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın inkişafını qeyd edib.

Merabişvili də öz növbəsində iki ölkə orqanları arasındakı əməkdaşlığın möhkəmlənməsinə əminliyini ifadə edib.

2002-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığa dair müqavilə imzalanmışdı.

Xəbər lenti

Xəbər lenti