...

Azərbaycanda 25 təhsil müəssisəsinin mühafizəsi təmin olunub - DİN-in İdarə rəisi

Siyasət Materials 14 Yanvar 2010 17:17 (UTC +04:00)
Onlardan 3-ü orta məktəb, 11-i litsey və kollec, 11-i isə ali məktəblərdir.
Azərbaycanda 25 təhsil müəssisəsinin mühafizəsi təmin olunub - DİN-in İdarə rəisi

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Neft Akademiyasına olan silahlı basqından sonra tədris müəssisələrinin mühafizənin təşkil olunması üçün Daxili İşlər Nazirliyinə (DİN) müraciətlərin sayı artıb.

DİN-nin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev cümə axşamı Trend -a bildirib ki, Təhsil Nazirliyinə məxsus 25 təhsil müəssisəsinin mühafizəsi təmin olunub.

Onlardan 3-ü orta məktəb, 11-i litsey və kollec, 11-i isə ali məktəblərdir.

İdarə rəisinin sözlərinə görə, həmin təhsil müəssisələrinin mühafizəsi ilə bağlı müqavilələr ötən il bağlanıb.

"Onlardan böyük əksəriyyəti Dövlət Neft Akademiyasına olan silahlı basqından sonra mühafizənin təşkili üçün müraciət edənlərdir", - deyə Quliyev vurğulayıb.

DİN rəsmisi bu il ərzində mühafizənin təşkili üçün ali təhsil müəssisələrindən İdarəyə müraciət daxil olmadığını deyib.

Trend -un arayışı: Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı baş verib. 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri yaralayıb. Bundan sonra təhsil ocaqlarının mühafizəsi məsələsi aktuallaşıb.

Təhsil naziri Misir Mərdanov bir müddət öncə mətbuata açıqlamasında yeni tədris ilindən etibarən Azərbaycanın ali və orta məktəblərinin təhlükəsizliyinin xüsusi mühafizə xidməti tərəfindən təmin edilməsi barədə razılıq əldə olunduğunu bildirib.

"Valideynləri əmin edə bilərəm ki, onların övladlarının təhlükəsizliyinə dövlət təminat verir. Təhlükəsizlik həm dövlət, həm də özəl təhsil müəssisələrində təmin ediləcək", - Mərdanov qeyd edib.

Xəbər lenti

Xəbər lenti