Azərbaycan, Bakı, 2 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə özünə xəsarət yetirib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend -a bildirib ki, Ağdam istiqamətində yerləşən "N" saylı hərbi hissənin əsgəri 20 yaşlı Sədaqət Məmmədov avtomat silahı ilə ehtiyatsız davrandığı üçün silahdan atəş açılıb və əsgər ayağından yaralanıb.
O bildirib ki, əsgərin vəziyyəti yaxşıdır.
Məmmədov Lənkəran rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.