...

Azərbayacan prokurorluq orqanlarının 3 əməkdaşı barəsində cinayət işi başlanıb

Siyasət Materials 8 Fevral 2010 10:49 (UTC +04:00)
Azərbyacan prokurorluq orqanlarının 3 əməkdaşı barəsində cinayət işi başlanıb, Trend News-un məlumatına görə, Respublika Prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bu barədə məlumat verilib.
Azərbayacan prokurorluq orqanlarının 3 əməkdaşı barəsində cinayət işi başlanıb

Azərbaycan, Bakı, 08 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbayacan prokurorluq orqanlarının 3 əməkdaşı barəsində cinayət işi başlanıb, Trend -un məlumatına görə, Respublika Prokurorluğunda ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında bu barədə məlumat verilib.

Baş Prokurorluğun rəsmi saytının yaydığı məlumata görə, müxtəlif pozuntulara yol verdiklərinə görə prokurorluq orqanlarının 65 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Pokurorluqda xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilib və onlardan 3-nün barəsində cinayət işi başlanılıb.

Kollegiya iclasında Baş Prokurorluğun Təşkilat-Analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan tələb edilib ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə aparılsın, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallığı artırsınlar.

Xəbər lenti

Xəbər lenti