Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir S.Ağayev/
Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Piter Semnebi fevralın 23-25-də Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Aİ-nin Bakıdakı ofisi Trend -a məlumat verib.
Semnebi səfər zamanı Azərbaycanın rəsmi şəxsləri, həmçinin qeyri-hökumət təşkilatları və ölkənin siyasi dairələrinin nümayəndələri ilə görüşəcək.
Azərbaycanın Aİ ilə əməkdaşlığı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyət görüşün əsas mövzusu olacaq.