...

Türkmənistan və Özbəkistanın Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv olması üçün zəruri addımlar atılır - baş katib

Siyasət Materials 15 Fevral 2010 11:58 (UTC +04:00)
Türkmənistan və Özbəkistanın Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv olması üçün zəruri addımlar atılır. Bunu assambleyanın baş katibi Ramin Həsənov Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə görüşündə bildirib.
Türkmənistan və Özbəkistanın Türkdilli Ölkələrin Parlament Assambleyasına üzv olması üçün zəruri addımlar atılır - baş katib

Azərbaycan, Bakı, 15 fevral / Trend , müxbir A.Hüseynbala/

Gələcəkdə TürkmənistanÖzbəkistanın Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv olması üçün zəruri addımlar atılır. Bunu assambleyanın baş katibi Ramin Həsənov Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı ilə görüşündə bildirib. Bu barədə bazar ertəsi Trend -a TÜRKPA-dan məlumat verilib.

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənov Türkiyə Böyük Millət Məclisinin (TBBM) üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Mustafa Kabakçı, millət vəkili Mehmet Müəzzinoğlu, Dialoq Avrasiya Platformasının prezidenti Harun Tokak və Bakı təmsilçisi Mustafa Saatçı ilə görüşüb.

Həsənov deyib ki, bununla yanaşı, Şimali Kipr Türk RespublikasıQaqauziya parlamentlərinin təşkilatda müşahidəçi statusu ilə üzv olmaları üçün müraciət ediblər.

Kabakçı TÜRKPA-nın yaranmasının və katibliyinin fəaliyyətə başlamasının türk dövlətləri üçün yeni bir uğur olduğunu qeyd edib. "TÜRKPA ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində, siyasi, mədəni, elm və təhsil sahələrində münasibətlərin inkişafına yeni tövhə verəcək", - dostluq qrupunun rəhbəri vurğulayıb.

TÜRKPA-ya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan üzvdür. Qurum ötən ilin ortalarında yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti