...

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir

Siyasət Materials 18 Fevral 2010 17:57 (UTC +04:00)
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Trend News-a verilən məlumata görə, yanvarın 1-dən oktyabrın 31-dək nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Trend -a verilən məlumata görə, yanvarın 1-dən oktyabrın 31-dək nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.

BDYPİ bildirir ki, nəqliyyat vasitələrinin sahibləri, eləcə də səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitəsini dövlət texniki baxışına texniki baxış talonunda müəyyən edilmiş aydan gec olmayaraq təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin sahibi texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsini idarəetmək hüququ verən sənəd, qeydiyyat şəhadətnaməsi, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamə, rüsum və vergilərin ödənilməsi barədə qəbzlərlə bərabər avtomobili DYP-yə təqdim etməlidir.

Bakı şəhərində və Abşeron rayonunda qeydiyyatda olan fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin sahibləri avtomobili texniki baxışdan keçirmək üçün BDYPİ-nin Xırdalan-Binəqədi şosesi, 4 ünvanında yerləşən Müayinə Mərkəzinə və ya Sabunçu rayonu, Maştağa şosesində yerləşən Təchizat İdarəsinin Avtomobil Təsərrüfatında fəaliyyət göstərən müayinə mərkəzinə təqdim etməlidir.

Müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərəcək.

BDYPİ sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, nəqliyyat vasitələrini texniki baxışa vaxtında, texniki cəhətdən saz vəziyyətdə təqdim etsinlər.

Müəyyən edilmiş müddətdə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin yollarda hərəkəti dayandırılacaq, onların sürücüləri və sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.

Xəbər lenti

Xəbər lenti