...

Azərbaycanın Daxili İşlər Nazirliyi vakant yerlərə müsabiqə elan edib

Siyasət Materials 19 Fevral 2010 16:42 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, Baş İnformasiya Kommunikasiya İdarəsinin mühəndis-inspektor vəzifəsinə (12 vakant yer) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, müvafiq ali təhsil və iş təcrübəsinə malik Azərbaycan vətəndaşları sənəd verə bilərlər.
Azərbaycanın Daxili İşlər Nazirliyi vakant yerlərə müsabiqə elan edib

Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Daxili İşlər Nazirliyi Baş İnformasiya Kommunikasiya İdarəsindəki vakant yerlərə müsabiqə elan edib.

DİN-in mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, Baş İnformasiya Kommunikasiya İdarəsinin mühəndis-inspektor vəzifəsinə (12 vakant yer) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, müvafiq ali təhsil və iş təcrübəsinə malik Azərbaycan vətəndaşları sənəd verə bilərlər.

Proqramçı-mühəndis (3 yer) vəzifəsini tutmaq istəyən şəxs Java, C Sharp, Delphi, PHP proqramlaşdırma dillərindən birini əla səviyyədə bilməli və həmçinin riyazi-alqoritmik düşüncə tərzini mənimsəməlidir. Oracle və ya SQL Server verilənlər bazalarının idarəetmə sistemləri ilə işləmək təcrübəsi yüksək səviyyədə olmalıdır.

Sistem administratoru (2 yer) vəzifəsini tutmaq istəyən şəxs Microsoft Windows Server, LINUX tipli əməliyyat sistemləri ilə işləmək təcrübəsi, şəbəkələr haqqında mühəndis-texniki səviyyədə biliyi olmalıdır (VPN, Cisco avadanlıqlarının köklənməsi və s). İnformasiya Sistemlərinin təhlükəsizliyini təmin etməyi bacarmalıdır.

Şəbəkə administratoru (2 yer) vəzifəsini tutmaq istəyən şəxs müxtəlif növ şəbəkə sistemləri və şəbəkə avadanlıqları haqqında müfəssəl biliyə malik olmalıdır. Microsoft Windows Server, LINUX tipli əməliyyat sistemləri ilə işləmək təcrübəsi olmalıdır. Şəbəkədə informasiya axınının təhlükəsizliyini təmin etməyi bacarmalıdır.

Şəbəkə mühəndisi (2 yer) vəzifəsini tutmaq istəyən şəxs şəbəkə sistemləri və şəbəkə avadanlıqları haqqında mühəndis-texniki biliyə malik olmalıdır. Microsoft Windows Server, LINUX tipli əməliyyat sistemləri və müasir IP telefoniya texnologiyası ilə işləmək təcrübəsi olmalıdır.

Rəqəmli radiorabitə sahəsi üzrə mütəxəssis (2 yer) vəzifəsini tutmaq istəyən şəxs rəqəmli radiorabitə vasitələri və rəqəmli radiorabitənin təşkili haqqında mühəndis-texniki biliyə malik olmalı və digər yeni texnologiyalarla işləmək təcrübəsi olmalıdır.

Verilənlər Bazası Administratoru (1 yer) vəzifəsini tutmaq istəyən şəxs Oracle və ya SQL Server verilənlər bazalarının idarəetmə sistemləri ilə peşəkar iş təcrübəsinə malik olmalı, İnformasiya Sistemlərinin təhlükəsizliyinin təmin etməyi bacarmalıdır.

Namizədlərin xidmətə qəbulu DİN-in Müsabiqə Komissiyası tərəfindən aparılır.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər martın 15-dək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti