...

Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşulub

Siyasət Materials 25 Fevral 2010 19:15 (UTC +04:00)
Azərbaycan fevralın 25-də Avropa Şurasının "İnsan Alverinə qarşı fəaliyyət haqqında Konvensiyası"nı imzalayıb.
Azərbaycan Avropa Şurasının Konvensiyasına qoşulub

Fransa, Strasburq, 25 fevral / Trend , müxbir A.Məhərrəmli/

Azərbaycan fevralın 25-də Avropa Şurasının "İnsan Alverinə qarşı fəaliyyət haqqında Konvensiyası"nı imzalayıb. Bu barədə Trend -a Azərbaycanın AŞ yanındakı Daimi Nümayəndəliyindən məlumat verilib.

Konvensiyanı Azərbaycan Respublikası adından ölkənin AŞ yanındakı daimi nümayəndəsi, səfir Arif Məmmədov, AŞ tərəfindən isə qurumun baş katibinin müavini xanım Mod de Bur-Bukikio imzalayıb.

İmzalama mərasimində AŞ baş katibinin müavini Azərbaycanın bu təşəbbüsünü çox yüksək qiymətləndirdiyini, bu addımın respublikanın AŞ dəyərlərinə bağlılığı kimi səciyyələndirərək, Konvensiyanın qısa zaman ərzində ratifikasiya ediləcəyinə ümid bəslədiyini qeyd edib.

Azərbaycan AŞ üzv dövlətləri arasında "İnsan alverinə qarşı fəaliyyət haqqında Konvensiyası"nı imzalayan 43-cü ölkədir.

Xəbər lenti

Xəbər lenti