...

Türkiyə DİN-in Sahil Mühafizəsinin komandanı Azərbaycanda rəsmi səfərdədir

Siyasət Materials 10 Mart 2010 16:20 (UTC +04:00)
DSX-nin mətbuat mərkəzindən çərşənbə günü Trend News-a verilən məlumata görə, Sahil Mühafizəsi rəisinin rəsmi dəvəti ilə ölkəmizdə olan Türkiyə Sahil Mühafizəsinin komandanı vitse-admiral İzzət Artuncun rəhbərlik etdiyi nümayəndə heyəti DSX-nin rəisi Elçin Quliyevlə görüşüb.
Türkiyə DİN-in Sahil Mühafizəsinin komandanı Azərbaycanda rəsmi səfərdədir

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir K.Zərbalıyeva/

Türkiyə Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsinin komandanı Azərbaycanda rəsmi səfərdədir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən çərşənbə günü Trend -a verilən məlumata görə, Sahil Mühafizəsi rəisinin rəsmi dəvəti ilə ölkəmizdə olan Türkiyə Sahil Mühafizəsinin komandanı vitse-admiral İzzət Artuncun rəhbərlik etdiyi nümayəndə heyəti DSX-nin rəisi, general-leytenant Elçin Quliyevlə görüşüb.

Görüş zamanı hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb, iki ölkənin sahil mühafizəsi qurumları arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın gələcək prespektivləri müzakirə olunub.

Səfər çərçivəsində türkiyəli qonaqların Sahil Mühafizəsinin bazası və digər xidmət obyektləri ilə tanışlığı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti