...

Azərbaycanın Daşkəsən rayonundakı hərbi hissədə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı bir aya yekunlaşacaq - hərbi prokuror

Siyasət Materials 20 Mart 2010 12:44 (UTC +04:00)
Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev şənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, məlum cinayət işi ilə bağlı 4 nəfər həbsdədir.
Azərbaycanın Daşkəsən rayonundakı hərbi hissədə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı bir aya yekunlaşacaq - hərbi prokuror

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Daşkəsən rayonundakı (paytaxt Bakıdan 400 kilometr qərbdə) "N" saylı hərbi hissədə baş vermiş silahlı insidentlə bağlı cinayət işinin istintaqı bir ay müddətində yekunlaşacaq.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev şənbə günü jurnalistlərə açıqlamasında bildirib ki, məlum cinayət işi ilə bağlı 4 nəfər həbsdədir.

Bu il yanvarın 28-də Daşkəsəndəki "N" saylı hərbi hissədə baş verən silahlı insident zamanı 6 nəfər ölüb, 2-si isə yaralanıb. Hərbi hissənin iki əsgəri zabitlərə atəş açaraq onları qətlə yetirib, sonra isə özlərini öldürüblər.

Hadisənin başvermə səbəbini açıqlamayan hərbi prokuror istintaqın davam etdiyini bildirib.

"Araşdırmalar nəticəsində hərbi hissədə nizamnamədən kənar hərəkətlərə, qanunsuzluqlara yol verildiyi məlum olub. O da müəyyənləşib ki, hadisəni törədən əsgərlər özləri də nizam-intizamsız olublar. Bütün məsələlər istintaq başa çatdıqdan sonra açıqlanacaq", - Vəliyev vurğulayıb.

Faktla bağlı Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti