Universitetlərin idarə olunması bu il Aİ-nin Azərbaycanda təhsil siyasətinin prioritet mövzusu olacaq - Tempus milli ofisinin rəhbəri (MÜSAHİBƏ)

Universitetlərin idarə olunması bu il Aİ-nin Azərbaycanda təhsil siyasətinin prioritet mövzusu olacaq - Tempus milli ofisinin rəhbəri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir Y.Ostapenko/

Trend-in Avropa İttifaqının Tempus proqramının Azərbaycandakı milli ofisinin rəhbəri Pərviz Bağırovilə müsahibəsi

- Tempus Avropa İttifaqının ən çox maliyyələşdirilən proqramlarından biridir və Tempus IV proqramının sonuncu mərhələsi artıq iki ildir fəaliyyət göstərir. Bu müddətdə hansı əsas nailiyyətləri qeyd edərdiniz?

- Tempus Avropa İttifaqının Azərbaycanda ən uzunmüddətli proqramlarından biridir. O, 1995-ci ildən fəaliyyət göstərir. Proqram Aİ-yə tərəfdaş ölkələr və Avropa ölkələri ilə ali məktəblərarası əməkdaşlığa yönəlib, həmçinin ali təhsilin modernləşdirilməsini dəstəkləyir. Aİ-nin mehriban qonşuluq siyasətində əsas strateji istiqamətlərindən biri ali təhsildir. Bu, Avropanın tərəfdaş ölkələrlə yaratmağa can atdığı körpülərdən biridir.

Əvvəllər Avropa İttifaqı öz təhsil proqramında əsas diqqəti ali təhsil və cəmiyyət arasında qarşılıqlı fəaliyyətə, əsasən də ali məktəblərin buraxdığı kadrların reallaşmasına yönəldirdi. Bu il prioritet maraqlar sahəsi kimi universitetlərin idarə olunması seçilib.

- Sizin fikrinizcə, Azərbaycanda təhsil sisteminin modernləşdirilməsində Bolonya prosesinin rolu necədir?

- Zənnimcə, Bolonya prosesi ölkələrində Bolonya prosesinin və onunla əlaqədar islahatların ali təhsilin bütün problemlərini həll edən panaseya olması haqqında fikir yanlışdır. Bu, belə deyil.

Bolonya prosesi ali təhsilin idarə olunmasında yaxşı təcrübədir. Lakin Avropanın özündə də onun ünvanına tənqidlər var. Bolonya prosesi Avropa nailiyyətlərinin hər bir ölkə üçün uyğunlaşdırılaraq tətbiqinə və bununla da təhsilin keyfiyyətinin artırılmasına imkan yaradır. Lakin ilk növbədə öz üzərində ciddi çalışmağa başlamaq lazımdır.

- İctimaiyyətin Azərbaycanda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təhsil proqramlarının mövcudluğu barədə kifayət qədər məlumata malik olduğunu hesab edirsinizmi? Bu proqramların təqdim etdikləri imkanlardan lazımınca istifadə olunurmu?

- Böyük maraq görmək istərdim. Aİ proqramlarını "böyük qazanla" müqayisə etmək olar. Hər kəs oradan bacardığı qədər götürür. Təcrübə belədir ki, ali məktəblər tərəfindən Tempusa nə qədər çox tələbat olarsa, Aİ-nin bu və ya digər layihələrin reallaşması üçün vəsait ayırmaq şansları da bir o qədər böyük olar.

Ali məktəblərin Tempus proqramına kifayət qədər cəlb olunmamasının səbəbi odur ki, bu proqramın layihələri donor layihələrin əsas hissəsi kimi xarici dildə - ingilis, fransız və ya alman dillərində hazırlanır. Universitetlərdə layihələri yarada biləcək şəxslər, ilk növbədə, müəllim heyəti, yəni ideyanın əsas generatorları əksər hallarda xarici dili bilmirlər. Bununla yanaşı, ümumi apatiya mövcuddur.

Avropa ali məktəblərinin təcrübəsi fəal tələbələrin layihələrin yazılmasına cəlb olunmasının məqsədəuyğun olduğunu göstərir. Azərbaycanda təəssüf ki, hələ də müəllimlərlə tələbələr arasında sədd var. Bu mənfi tendensiyanın tədricən aradan qaldırılması üçün vaxt lazımdır.

- Azərbaycan regionlarından təhsil müəssisələri, müəllim və tələbələr Aİ-nin proqramlarına cəlb olunubmu? Və bu, hansı səviyyədədir?

- Ümumilikdə, Azərbaycan üzrə Tempus layihələrində iştirakda ən çox fəallığı Dillər Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti göstərir. Onlarla yanaşı, Turizm Universiteti, Gəncə Dövlət Universiteti, Slavyan Universiteti, Naxçıvan Universiteti, Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və digərləri cəlb olunub.

Azərbaycan regionlarında ali məktəblər arasında daha çox fəal olan Gəncə və Naxçıvan universitetləridir. Hazırda biz Lənkəranın təhsil müəssisələri ilə əməkdaşlığı canlandırmağa çalışırıq.

- Proqramın yenilikləri barədə necə məlumat verirsiniz?

- Bizdə elektron ünvanlar siyahısı var və biz layihə üzrə yeni məlumatları mütəmadi olaraq həmin ünvanlara göndəririk. Həmçinin, ildə iki dəfə məlumat sessiyası keçiririk və bu sessiyalara xeyli sayda insan toplaşır.

Tempus bir çox təhsil yarmarkalarında iştirak edir. Son dəfə biz ötən ilin sonunda beynəlxalq təhsil sərgisi olan Təhsil Karyera Sərgisində (Education Career Exhibition) iştirak etmişik. Aprelin əvvəlində daha bir sərgi keçiriləcək və həmin sərgidə Tempus Erazmus MundusJan-Mone proqramları ilə təqdim olunacaq.

- Layihə necə yazılır?

- Elektron forma var və bunu doldurmaq lazımdır. Lakin buna qədər layihənin nə üçün olması, nəyə lazım olması, onun işləyib işləməyəcəyi ilə bağlı çərçivəsini dəqiq müəyyən etmək lazımdır. Sonra mütləq tərəfdaşlar tapmaq lazımdır. Belə ki, ərizə bir sıra tərəfdaşın iştirakı ilə bir təşkilatın adından təqdim edilir.

- Hansısa ən çox yaddaqalan layihələr varmı?

- Bu vaxtadək təxminən 22 layihə maliyyələşdirilib. Tempusun bütün layihələri iki əsas istiqamətdədir: Azərbaycanın ümumi təhsil siyasətində struktur dəyişiliklərinə istiqamətlənmiş - struktur; ali təhsil müəssisələri daxilində hansısa proqramın irəliləməsi üçün ali təhsil müəssisələri arasında həyata keçirilən müştərək Avropa layihələri.

Neft Akademiyası və Sumqayıt Dövlət Universiteti Köln Universiteti ilə birgə energetika resurslarının idarə olunması sahəsində çox maraqlı layihə hazırlayıb. Bu çox uzunmüddətli bir layihə olub və bir neçə dəfə Aİ tərəfindən təqdir olunub. Köln Universitetinin professoru Rza Talibi Dəryani - İrandan olan azərbaycanlı bu layihə üçün bütün varlığı ilə can yandırıb. Sona çatdırıldıqdan sonra bu layihə Azərbaycan hökumətinin genişmiqyaslı dəstəyini alıb.

Həmçinin Tibb Universitetinin də iştirak etdiyi immunologiya üzrə maraqlı layihəni qeyd etmək olar. Professor Gülnarə Nəsrullayeva tərəfindən aparılan layihədə Azərbaycanda ilk dəfə olaraq immunologiya laboratoriyası yaradılıb.

- Mərkəziniz həmçinin Aİ-nin ikinci hissəsi ötən il fəaliyyətə başlayan Erazmus Mundus proqramı lə məşğuıdur. Onun fəaliyyəti nə dərəcədə uğurludur?

- Erazmus Mundus Aİ-nin və tərəfdaş ölkələrin ali məktəbləri arasında əməkdaşlığın qurulması, tələbə və müəllimlərin mübadiləsi üzrə proqramdır. Bu proqramda Azərbaycanın üç universiteti - Xəzər Universiteti, Turizm Universiteti və Gəncə Dövlət Universiteti fəal iştirak edib.

Yuxarıda adları sadalanan ali məktəblər sözügedən proqram üzrə Aİ ölkələrinə hər il müəyyən sayda tələbə göndərən konsorsiumun bir hissəsidir. Fərdi qaydada ərizə verən tələbələrin xaricə göndərilməsi imkanlarını nəzərdə tutan proqramlar da mövcuddur. Erazmus Mundus Azərbaycanda 2007-ci ildən fəaliyyətə başlayıb və bu proqramın təxminən 60-70 iştirakçısı Avropaya göndərilib.

- Aİ-nin Jan-Mone proqramının əsas istiqaməti nədir?

- Jan-Mone proqramı Aİ-nın maliyyələşdirdiyi, Azərbaycandakı təhsil proqramlarının ən yenisidir. Proqram əsasən Avropa inteqrasiyasına istiqamətlənib. Bütün auditoriya - tələbələr və müəllimlər. Könüllü təhsil kursları və proqram çərçivəsində universitetlərdə tətbiq olunan modullar tələbələrin avrointeqrasiyaya marağını stimullaşdırmağa yönəlib. Bu kursların aparılması üçün Avropadan professorlar cəlb olunur.

- Azərbaycanda təhsil sahəsinin gələcəyi ilə bağlı nə dərəcədə nikbinsiniz?

- Mən həmişə nikbin əhval-ruhiyyədəyəm, belə ki, öz ölkələrini sevən maraqlı gənc insanlarla görüşürəm və onlar gələcəkdə hər şeyi ancaq yaxşı istiqamətə dəyişmək istəyirlər. Azərbaycanda təhsil sistemi artıq Avropa təhsil sisteminə yaxınlaşıb. Gənc təhsilli insanlar ölkənin gələcəyidir.

Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Loading Bars
Xəbər lenti
"Bavariya" Çempionlar Liqasının ilk turunda "Atletiko"nu darmadağın edib
Meksikanın aparıcı radio kanalında Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi müharibə cinayətləri barədə məlumat verilib (FOTO)
Yunanıstan sahillərində 5,2 bal gücündə zəlzələ baş verdi
"Brent" markalı neftin qiyməti düşüb
"İnstagram"ın işində qüsurlar yaranıb
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Türkiyədə zəlzələ baş verib
Moskvada koronavirusdan daha 66 nəfər ölüb
Fuat Oktay: Ermənistan işğalçıdır və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir
Avropa Şurasının başçısı koronavirusla əlaqədar təcili Aİ sammiti çağırır
İspaniyada koronavirusa yoluxanların sayı 1 milyonu keçdi
Türkiyədə koronavirusdan sağalanların sayı 308 mini ötüb
Soros planını həyata keçirmək mandatını almış Paşinyan Moskvaya arxa çevirir - İstiqamət Avropadır
Polşa koronavirusun üçüncü dalğasına hazırlaşır
Almaniyanın “Deutsche Welle” telekanalında Ermənistanın Gəncəyə raket hücumu barədə reportaj yayımlanıb (FOTO)
Paşinyan əli silah tuta bilməyən erməniləri ölümə göndərmək istəyir - Etirazlar başladı
Qarabağ münaqişəsi ilə bağlı BMT qətnamələrinin icra olunması üçün petisiya hazırlanıb
Azərbaycan və Türkiyə XİN başçılarının telefon danışığı olub
Bu sevinci bizə yaşadan Ali Baş Komandana təşəkkür edirəm - Zəngilan sakini (VİDEO)
Erməni “Meydan”ı...
XİN Paşinyanın münaqişənin diplomatik həllinin olmadığı ilə bağlı bəyanatına dair açıqlama verib
Prezident İlham Əliyev: Zəngilan rayonunun Mincivan qəsəbəsi və 13 kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Füzuli rayonunun daha üç kəndi işğaldan azad edilib
Prezident İlham Əliyev: Cəbrayıl rayonunun daha 5 kəndi işğaldan azad edildi
Ermənistanın Rusiyaya növbəti xəyanəti - Bu dəfə NATO-ya doğru
Paşinyanın “Qarabağda diplomatik həll yolu yoxdur” açıqlaması Ermənistanın niyyətini ortaya qoyur - İbrahim Kalın
“Sığorta haqqının ümumi məbləğinin hesablanması Qaydası” təsdiqləndi
Mingəçevir Dövlət Universitetində onlayn Oriyentasiya Günü keçiriləcək
Azərbaycanlı ekspertlərin İngiltərə mətbuatında Qarabağ həqiqətləri barədə məqaləsi dərc edilib
Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sistemi ilə bağlı Koordinasiya Şurası yaradılıb
Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi sürücüləri yenidən hazırlıq keçməyəcəklər
Ermənistan Türkiyədən məhsul idxalını dayandırır
Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir - Pakistan səfiri
Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib (FOTO/VİDEO)
Ermənilər cəbhə bölgəsində vəziyyəti gərginləşdirməkdə davam edir
Düşmən artıq Azərbaycan Ordusunun üstünlüyünü etiraf etmək məcburiyyətində qalıb - MN
Düşmənin 30 illik müdafiə sistemi, texnika və muzdlu döyüşçüləri heç bir işə yaramır - Anar Eyvazov
İƏT-in Ombudsmanlar Assosiasiyasının prezidenti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib (FOTO)
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb (FOTO)
Polşa azərbaycanlıları işğalçı Ermənistan ordusunun Gəncə terroruna etiraz edir (FOTO)
Kamran Əliyev Türkiyənin Baş Ombudsmanı ilə görüşüb (FOTO)
Dünya prokurorlarına müraciət ünvanlanıb
İllərdir formalaşmış hərbi büdcə döyüş meydanında öz bəhrəsini verir - Hərbi ekspert
İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir
Üzərində "Karabakh is Azerbaijan" yazıln promo avtomobillər London küçələrində (FOTO/VİDEO)
Hikmət Hacıyev Paşinyanın son açıqlamasına cavab verdi
Kamran İmanov: Ermənistanın törətdiyi vandalizm və barbarlıq hərəkətləri insanlığa qarşı cinayətdir (FOTO)
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndlərə qaz xəttləri çəkilir
25 müəssisəsdə kobud qayda pozuntuları aşkarlanıb
Oktyabrın 22-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib (FOTO)
Azərbaycan könüllüləri erməni təcavüzündən zərər görmüş ailələrə baş çəkiblər (FOTO)
Paşinyan: Münaqişənin sülh yolu ilə həlli mümkün deyil
İcbari tibbi sığorta üzrə fərdi uçotun aparılması qaydası müəyyənləşib
Ermənistan ordusunun gücünü itirdiyini anlayan Paşinyan əhalini silahlanmağa çağırıb
Bakı Ali Neft Məktəbinin tələbələri təqaüdlərini Silahlı Qüvvələrə Yardım Fonduna köçürdü
Qayanada yaşayan yeganə azərbaycanlıdan ikili standartlara etiraz (FOTO)
Nurlanə Əliyeva: Müşfiqin yadigarı - Dilbər Axundzadə (FOTO)
“AccessBank” hərbi qulluqçulara və cəbhə bölgəsinin sakinlərinə kömək edir (FOTO)
Ombudsman “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət yayımlayıb
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Prezident İlham Əliyevə məktub göndərib
Tovuz sakinini küçədə döyüb öldürən şəxs saxlanıldı
Nurlanə Əliyeva: Qələbə bizimlədir (FOTO)
Ermənistana məxsus daha 3 PUA məhv edilib
Dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb - FAKTİKİ HAVA
DİN əhaliyə xəbərdarlıq edir
AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb
Uzun illər işğal altında olan ərazilərimizdə yerləşən abidələrin əksəriyyəti ya erməniləşdirilib, ya da dağıdılıb - Dövlət Xidməti
Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququn tələblərini də yerinə yetirir - Deputat
Milli Məclis Dağlıq Qarabağla bağlı videoçarx hazırlayıb
Beynəlxalq təşkilatlar Ermənistanda silahlanmaya vaxtında düzgün qiymət verməyib - Arzu Nağıyev
Ordubadda qədim abidələr aşkarlanıb
Səfirlik: Bəzi saytların dəqiq olmayan məlumatlar yayması Qətər-Azərbaycan əlaqələrinə təsir etməyəcək
Gürcüstanda silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb
“Həkimlərimizi tanıyın!” - neyrocərrah Elçin Abbaszadə
Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb
"Qarabağın məşhur müəllimləri" layihəsinə başlanılır
İranda sutka ərzində 312 nəfər koronavirusdan ölüb
Abşeronda COVİD-19 əleyhinə növbəti reyd keçirildi – sürücülər cərimələndi (FOTO)
Azərbaycanda 714 nəfər COVID-19-a yoluxdu, 176 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Koronavirusa yoluxanların sayını sıfırlamağa məcburuq
Azərbaycan və Türkiyənin birgə uğuru: TANAP "ilin layihəsi" beynəlxalq mükafatını aldı (FOTO)
Azərbaycan dünyanın hərb tarixinə yeni səhifələr yazır - Naqif Həmzəyev
Qarabağ müharibəsi bitdikdən sonra Ermənistanda uzunmüddətli böhran başlayacaq - Ekspert
Türk Şurası Gənclər Platforması Azərbaycanı dəstəkləyən bəyanat qəbul edib (FOTO)
Azərbaycan beynəlxalq hüququ, ədaləti əməldə təmin edir - Politoloq
Azərbaycan bu müharibədə qalibiyyətə məhkumdur! - Kamaləddin Qafarov
Düşmənin atıb qaçdığı növbəti hərbi texnikalar (FOTO/VİDEO)
Bu il özünüməşğulluq proqramına cəlb olunanların sayı 8 minə yaxındır
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan BMT qətnamələrinin icrasına özü başlamaq məcburiyyətində qaldı - Politoloq
Əfqanıstanda viza izdihamı - 11 ölü
Ermənistanda məhkumlardan intiharçı dəstələr yaradılır
Xudafərin körpüsünün Azərbaycan tarixində xüsusi yeri var - Deputat
Azərbaycan ordusu status kvonu dəyişdi - Deputat
“Geri dönüş” adlı kompozisiya hazırlanıb (VİDEO)
Belarusda MDB-nin İcraiyyə Komitəsində keçirilən tədbirdə Ermənistanın işğalçılıq siyasəti pislənilib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
ENGİNET şirkəti “Güc BİRLİKdədir” deyib Gəncədə yaralanan uşaqlara yardım göndərdi (FOTO)
Terrorçu Ermənistan hakimiyyəti cəzalandırılmalıdır - Sevil Mikayılova (VİDEO)
Bütün xəbərlər