Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/
Qırğızıstanda hakimiyyət dəyişikliyi baş verərsə, dövlət başçısı vəzifəsini kimin tutacağını demək çətindir.
Qırğızıstanın Talas şəhərində yerli administrasiyanın binasının qarşısında müxalifətin toplanması ilə başlayan iğtişaşlar artıq iki gündür davam edir. Toplananlar Talas əyalətinin qubernatoru Beyşenbek Bolotbekovun istefasını tələb ediblər. Nümayişçilər həmçinin ölkə Prezidenti Kurmanbek Bakiyevin idarə üsuluna qarşı çıxış ediblər. Səhər iğtişaşlar polis əməkdaşları ilə müxalifətçilər arasında toqquşma baş verdiyi Bişkəkə kimi çatıb.
Hazırda ölkədə iğtişaşlarla əlaqədar fövqaladə hal elan olunub, bir neçə müxalifət lideri həbs edilib, mitinqçilər arasında yaralananalar və ölənlər var, bir neçə dövlət idarəsi zəbt olunub.
Ekspertlərin fikrincə əsasən, ölkədə iğtişaşlar hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər.
"Fikrimcə, Qırğızıstanda baş verənlər rəhbərlik əleyhdarları tərəfindən hakimiyyətin ələ keçirilməsinə hazırlıqdır, bu dəfə baş verənlər beş il bundan öncəkinə nisbətən daha kortəbii şəkildə növbəti dövlət çevrilişidir", - "Xəbər vaxtı" qəzetinin beynəlxalq icmalçısı Arkadi Dubnov "Moskvanın səsi" radiostansiyasına verdiyi müsahibədə bildirib.
Mərkəzi Asiya üzrə amerikalı ekspert Bryus Panyerin fikrincə, bu gün Bişkəkdə nümayişdə ölüm zamanı faktı vəziyyəti dəyişdi. "Düşünürəm ki, indi Kurmanbek Bakiyevin vəzifədə qalmaq şansı olduqca azdır, baş verənlərə görə ondan başqasını günahlandırmağa dəyməz", - "Azadlıq" radiousunun eksperti Panyer elektron poçtla Trend-ə bildirib.
Mərkəzi Asiya ölkələri üzrə rusiyalı ekspert Leonid Qusev də hesab edir ki, 2005-ci ildə hazırkı prezidentin hakimiyyətə gəlməsinə səbəb olan "zanbaq inqilabı" zamanı baş verən dövlət çevrilişi kimi yeni çevriliş baş verə bilər.
"Lakin hər şey ordunun və Xüsusi Təyinatlı Polis Dəstəsinin necə hərəkət emtəsindən, kimin tərəfində olmasından asılıdır və çox şey müxalifətçilərin özlərini necə mütəşşəkil aparmasından, tələşa düşüb-düşməməsindən asılıdır", - Rusiya XİN-in Beynəlxalq Araşdırmalar İnstitutunun elmi əməkdaşı Qusev elektron poçtla Trend-ə bildirib.
Lakin, ekspertlərin fikrincə, Bakiyevi bu vəzifədə kimin əvəz edəcəyi məsələsi hələ də qalmaqdadır.
"Bakiyevi kimin əvəz edə biləcəyi böyük məsələ olaraq qalır: hakimiyyəti öz əlinə ala biləcək bəzi müxalifət nümayəndələri var, lakin onlare hazırda həbsdədirlər", - Panyer deyib.
Qusevin fikrincə, müxalifətin müxtəlif zamanlarda hakimiyətdə olan Roza Otunbayeva, Temir Sariyev və bir sıra nümayəndələri var, lakin onlardan hansının baş rolda olacağı hələlik məlum deyil.
"Hazırkı vəziyyət təkcə Qırğızıstan üçün deyil, bütün Mərkəzi Asiya üçün də çox kədərli hadisədir", - Panyer belə hesab edir.
Ekspertlərin fikrincə, qonşu ölkələr nümayiş və mitinqlər haqqında qanunvericiliklərini kəskinləşdirəcək və hər hansı mümkün etiraz aksiyalarını dayandırmaq üçün hakimiyyət çox tez reaksiya göstərəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]