...

Fransa Prezidenti Türkmənistana rəsmi səfərə hazırlaşır

Siyasət Materials 8 Aprel 2010 13:20 (UTC +04:00)
Fransa Prezidenti Nikola Sarkozi Türkmənistan rəhbəri Qurbanqulu Berdıməhəmmədova məktub göndərərək, bu ölkəyə səfər edəcəyini bildirib.
Fransa Prezidenti Türkmənistana rəsmi səfərə hazırlaşır

Türkmənistan, Aşqabad, 8 aprel /Trend, müxbir H.Həsənov/

Fransa Prezidenti Nikola Sarkozi Türkmənistan rəhbəri Qurbanqulu Berdıməhəmmədova məktub göndərərək, bu ölkəyə səfər edəcəyini bildirib.

Səfərin vaxtı diplomatik kanallarla müzakirə olunur.

Eyni zamanda o qeyd edir ki, "Fevralın 1-2-də (2010-cu il) Sizin Fransaya səfəriniz ölkələrimiz arasındakı siyasi, mədəni və iqtisadi münasibətləri xeyli möhkəmləndirib. Yelisey Sarayında danışıqlar və Sizin Senatda olmağınız Fransa ilə Türkmənistan arasında siyasi münasibətlərin tarixində mühüm məqamdır".

Sarkozi həmçinin energetika, infrastruktur, turizm, tikinti və rabitə sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə səyləri alqışladığını qeyd edir.

"Sizin səfəriniz zamanı imzalanmış sazişlər bizim münasibətlərin dolğunluğunu əyani şəkildə nümayiş etdirir".

Fransa Prezidentinin fikrincə, energetika sahəsində əməkdaşlıq üzrə işçi qrupun formalaşması, iqtisadi əməkdaşlıq üzrə qarışıq komissiya kimi münasibətlərin inkişafının koordinasiya olunmasına imkan verəcək. "Nəhayət, enerji sahəsində əməkdaşlığımız Fransa şirkətlərinin Türkmənistanın zəngin karbohidrogen resurslarının istismarı və ixracı üzrə səyləri sayəsində daha da möhkəm olacaq".

"Bu konteksdə Sizin ölkəyə səfər etmək perspektivi məni xüsusilə sevindirir. Səfərin vaxtı bizim xarici İşlər nazirlikləri arasında müzakirə olunur".

Xəbər lenti

Xəbər lenti