...

İlham Əliyev Braziliya Prezidentinə başsağlığı verib

Siyasət Materials 9 Aprel 2010 19:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya başsağlığı verib.
İlham Əliyev Braziliya Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luis İnasiu Lula da Silvaya başsağlığı verib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizdə baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən son dərəcə kədərləndim. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Braziliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram", - İlham Əliyevin başsağlığı məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti