Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir M.Əliyev/
Azərbaycanda MDB ölkələri gənclərinin vahid inkişaf strategiyası qəbul olunacaq. Bunu çərşənbə axşamı Bakıda MDB Dövlətlərinin Gənclərlə İş Şurasının iclasında şuranın sədri Oleq Rojnov deyib.
Aprelin 13-14-də Bakıda MDB Dövlətlərinin Gənclərlə İş Şurasının iclası keçirilir. İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya və Tacikistan nümayəndələri iştirak edirlər. Ermənistan və Qırğızıstan nümayəndələri tədbirə gəlməyiblər.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov öz çıxışında bildirib ki, gənclərin əməkdaşlığı digər sahələr arasında prioritet olmalıdır.
"Biz gənclərin geniş əməkdaşlığına tərəfdarıq", - o bildirib.
Bundan əlavə, müzakirələr zamanı şura üzvü olan ölkələrdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyinin bayram edilməsinə dair tədbirlər planı razılaşdırılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]