...

Soyqırımla bağlı qərarları siyasətçilər qəbul etməməlidir - AŞ PA sədri

Siyasət Materials 15 Aprel 2010 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T. Hacıyev/

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri hesab edir ki, soyqırımla bağlı qərarları siyasətçilər qəbul etməməlidir.

"Tarixlə bağlı qərarları siyasətçilər qəbul etməməlidir. Biz siyasətçilərin tarix sahəsində çox məlumatımız yoxdur. Arxivləri yoxlaya bilmirik. Müxtəlif arxivlərdə araşdırma aparmaq sahəsində bilgimiz və təcrübəmiz yoxdur. Bu işləri mütəxəssisələr görməlidirlər. Siyasətçilərin belə məsələləri gündəmə gətirməsi doğru deyil", - Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə AŞ PA sədri Mövlud Çavuşoğlu qondarma "erməni soyqırımı" məsələsinə münasibət bildirərkən deyib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti