...

Özbəkistan və Rusiya liderləri ikitərəfli münasibətlərin inkişafını və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Siyasət Materials 20 Aprel 2010 10:28 (UTC +04:00)
Özbəkistan Prezidenti İslam Kərimovun Rusiyaya rəsmi səfəri ilə bağlı əsas tədbirlər aprelin 20-nə planlaşdırılıb. Bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi (ÖzA) məlumat verib.
Özbəkistan və Rusiya liderləri ikitərəfli münasibətlərin inkişafını və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Özbəkistan, Daşkənd, 20 aprel /Trend, müxbir D.Əzizov/

Özbəkistan Prezidenti İslam Kərimovun Rusiyaya rəsmi səfəri ilə bağlı əsas tədbirlər aprelin 20-nə planlaşdırılıb. Bu barədə Özbəkistan Milli İnformasiya Agentliyi (ÖzA) məlumat verib.

İslam Kərimov RF Prezidenti Dmitri Medvedevin dəvəti ilə bazar ertəsi Moskvaya gəlib. Həmin gün iki ölkə liderinin qeyri-rəsmi görüşü olub.

Çərşənbə axşamı iki dövlət başçısının dar və geniş tərkibdə danışıqları planlaşdırılıb.

İslam Kərimov və Dmitri Medvedev Özbəkistan - Rusiya ticari-iqtisadi münasibətlərinin gələcək inkişafını, qarşılıqlı maraq doğuran regional və beynəlxalq problemləri, Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini, beynəlxalq siyasət məsələlərində Rusiya və Özbəkistanın qarşılıqlı fəaliyyətini müzakirə edəcəklər.

Danışıqların yekunları ilə bağlı mətbuat üçün bəyanatın veriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti