...

İlham Əliyev Avstriyanın Federal Prezidentini təbrik edib

Siyasət Materials 26 Aprel 2010 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Prezidenti Haynts Fişeri təbrik edib.
İlham Əliyev Avstriyanın Federal Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Prezidenti Haynts Fişeri təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə Haynts Fişerə ünvanladığı təbrikdə iki ölkə arasındakı əlaqələrin müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Prezident dövlətlərarası münasibətlərin, ölkələrimiz və xalqlarımız arasındakı dostluğun möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

"Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti