...

Bundestaq və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın əsasını təhsil təşkil etməlidir - parlament dostluq qrupunun həmsədri

Siyasət Materials 1 May 2010 09:00 (UTC +04:00)
Bundestaqın Cənubi Qafqaz ölkələri ilə birgə işində həmin ölkələrdə təhsil sisteminin yaxşılaşdırılmasına, həmçinin elmi-texniki əməkdaşlığa xüsusi diqqət ayrılmalıdır. Almaniya Parlamentinin Cənubi Qafqaz ölkələri ilə dostluq qrupunun həmsədri Viola fon Kramon belə hesab edir.
Bundestaq və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın əsasını təhsil təşkil etməlidir - parlament dostluq qrupunun həmsədri

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Y.Ostapenko/

Bundestaqın Cənubi Qafqaz ölkələri ilə birgə işində həmin ölkələrdə təhsil sisteminin yaxşılaşdırılmasına, həmçinin elmi-texniki əməkdaşlığa xüsusi diqqət ayrılmalıdır. Almaniya Parlamentinin Cənubi Qafqaz ölkələri ilə dostluq qrupunun həmsədri Viola fon Kramon belə hesab edir.

"Bizim ölkələrimizin elmi birlikləri arasında əlaqəni dərinləşdirmək, insanları Avropaya, Almaniyaya dəvət etmək, onlara elmi sahədə yaxşı bilik vermək lazımdır", - Kramon aprelin ortalarında Cənubi Qafqaz regionuna ilk səfərindən sonra Trend-ə müsahibəsində bildirib.

Almaniya Parlamentinin nümayəndə heyəti təhsil məsələsi ilə yanaşı, digər məsələləri də Azərbaycanın xarici işlər və iqtisadi inkişaf nazirləri ilə müzakirə edib. Kramonun sözlərinə görə, Cənubi Qafqaz üzrə qrup tələbə mübadiləsi üzrə proqramın genişləndirilməsinə çalışacaq.

"Azərbaycanda təhsil sistemi lazımi səviyyədə deyil və onun inkişafına və modernləşdirilməsinə diqqət ayırmaq lazımdır", - Kramon deyib. O qeyd edib ki, təhsil məsələsində Avropa İttifaqının real dəstəyinə ümid etmək olar və Aİ artıq Azərbaycanda təhsil sahəsində bir neçə layihə həyata keçirir.

Bundestaqda qruplar hər qanunvericilik dövründə formalaşdırılır. İndiki, 17-ci qanunvericilik dövrü Almaniyada ötən ilin sentyabrından davam edir. Kramon Yaşıllar Partiyasının nümayəndəsidir, Cənubi Qafqaz ölkələri ilə dostluq qrupunun dörd həmsədrindən biridir. Ümumilkdə, qrupun işinə 29 parlamentari cəlb olunub.

Kramon Azərbaycana və Gürcüstana səfərini maraqlı və səmərəli adlandırıb. Onun sözlərinə görə, səfər zamanı xeyli faydalı informasiya toplamaq mümkün olub.

Azərbaycan deputatları Bundestaq nümayəndə heyəti ilə gözləntilərini və gələcək birgə işlərinə dair planlarını bölüşüblər. Kramonun sözlərinə görə, Milli Məclisin deputatları suyun keyfiyyətinin yaxşılaşdırılması, təhsil sistemi, sosial infrastruktur sahəsində son 5-10 il ərzində öz səylərini nümayiş etdirməyə çalışıblar. Onlar Almaniya Parlamentinin üzvləri ilə birlikdə görülən işlərin nəticələri ilə tanış olmaq üçün kənd ərazilərinə ekskursiya ediblər.

Elmi, müxtəlif ekoloji və maarifləndirici layihələrdə əməkdaşlıqla yanaşı, Karmon həmçinin hesab edir ki, gələcəkdə Cənubi Qafqazda münaqişə sahəsində vasitəçi kimi işə daha praqmatik yanaşmaq lazımdır ki, bu da yalnız ideyadır və bu barədə daha ətraflı danışmaq hələ tezdir.

Onun sözlərinə görə, Bundestaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına çox cəlb edilməyib. "Bundestaq birtərəfli mövqe tutmur", - Kramon bildirib və əlavə edib ki, əsas nizamlama aləti ATƏT-in Minsk qrupu olmalıdır. Minsk qrupu çərçivəsində Azərbaycan və Ermənistan arasında 1994-cü ilin mayında atəşkəs rejimi əldə edildikdən sonra sülh danışıqları ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə aparılır.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycan ərazisinə iddiası nəticəsində baş verib. Nəticədə Dağlıq Qarabağ və yaxınlığında olan yeddi rayon - Azərbaycanın 20 faiz torpaqları Ermənistan Silahlı Qüvvələrinin işğalı altına düşüb.

Avropa İttifaqının Cənubi Qafqazda rolu haqqında danışan Kramon bildirib ki, o, Avropa İttifaqını praqmatik və texniki məsələlərdə iştirakını daha fəal görmək istəyir. "Aİ-nın iştirakı insanların xeyrinə olardı", - o deyib.

"Azərbaycanda məcburi köçkünlərin məsələsini tezliklə həll etmək lazımdır. Onlar artıq uzun illərdir ki, çətin şəraitdə yaşayırlar və bu, mənim fikrimcə, yaxşı perspektiv deyil", - Bundestaq üzvü deyib.

Almaniya nümayəndə heyətinin səfəri zamanı, həmçinin Gürcüstanda münaqişədənsonrakı vəziyyət müzakirə mövusu olacaq. Gürcüstan səfəri özündə Abxaziya ərazilərinə səfəri də birləşdirir.

Gürcüstanda münaqişədənsonrakı vəziyyətin nizamlanması məsələsinə gəlincə, Kramon hesab edir ki, Cenevrə danışıqlarını dəstəkləməyə dəyər.

"2008-ci il avqust münaqişəsi nəticəsində yaranmış problemlərin həllinin müxtəlif səviyyələri var. Bir tərəfdən Cenevrə müzakirələrinin formatı, yəni diplomatik səviyyə, əlbəttə, parlament səviyyəsidir ki, bu da səfərə və ümumiyyətlə, Cənubi Qafqaz ölkələri ilə işə səbəbdir", - o qeyd edib.

Kramonun sözlərinə görə, Gürcüstan səfəri zamanı avqust hadisələrindən sonrakı siyasi şərait barədə özündə ümumi təsəvvür yaratmağa, Abxaziyanın Qali rayonundakı humanitar şərait və Gürcüstan azlıqlarının vəziyyəti barədə məlumat almağa calışıb.

Gürcüstanın özündəki daxili siyasi şəraiti Kramon Tbilisiyə qayıdarkən məmurlar, müxalifət partiyalarının və vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə müzakirə edib.

Parlament dostluq qrupunun Cənubi Qafqaz regionuna səfəri daimi xarakter alacaq. Kramonun sözlərinə görə, payızda regiona yenidən səfər etmək planı var.

Xəbər lenti

Xəbər lenti