...

İranla dialoq aparmaq üzrə səyləri davam etdirmək vacibdir - Rusiya XİN-in rəsmi nümayəndəsi

Siyasət Materials 12 May 2010 17:43 (UTC +04:00)
Sanksiya tədbirlərinin qəbul edilməsindən asılı olmayaraq, İranla dialoq aparmaq üzrə səyləri davam etdirmək vacibdir.
İranla dialoq aparmaq üzrə səyləri davam etdirmək vacibdir - Rusiya XİN-in rəsmi nümayəndəsi

Sanksiya tədbirlərinin qəbul edilməsindən asılı olmayaraq, İranla dialoq aparmaq üzrə səyləri davam etdirmək vacibdir. Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko çərşənbə günü deyib. Məlumatı "Vesti" telekanalı yayıb.

"Altılığın" fəaliyyəti çərçivəsində İran probleminin nizamlanmasına yönəlmiş addımların müəyyən edilməsi daim qarşılıqlı fəaliyyətdə həyata keçirilir", - o deyib.

Nesterenko onu da əlavə edib ki, İranla bağlı qətnamənin hazırlanması yoxlanıb düzəldilməli proses olmalıdır.

"Rusiya sanksiyalara ölçülüb-biçilmiş şəkildə yanaşmağın lazım gəlməsindən ibarət olan prinsipial mövqedən çıxış edir, - o qeyd edib. - İranın nüvə böhranının qarşılıqlı sərfəli həllinin tapılması üçün bu ölkəyə münasibətdə "altılıq" üzrə tərəfdaşlarımızın əlavə səyləri lazımdır".

Qərb İranı nüvə silahı istehsaletmə niyyətində olmaqda ittiham edib. Rəsmi Tehran isə bunu rədd edir.

İndiyədək BMT TŞ nüvə proqramını dayandırmaq üçün İrana qarşı 5 qətnamə qəbul edib. Bu qətnamələrin 3-ü iqtisadi sanksiyalardır. Hazırda İrana qarşı altıncı qətnamənin təsdiqi üçün BMT TŞ-nin daimi üzvləri müzakirə aparırlar.

Xəbər lenti

Xəbər lenti