...

Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub

Siyasət Materials 16 May 2010 12:04 (UTC +04:00)
Mayın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Azərbaycanda rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub

Mayın 16-da Azərbaycan Respublikasında rəsmi səfərdə olan İordaniya Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olmuşdur. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullahı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi İordaniya Kralına raport verdi.
İordaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
İordaniya Kralı Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.

Xəbər lenti

Xəbər lenti