...

Azərbaycan paytaxtında şadlıq evindən oğurluq edənlər tutulub

Siyasət Materials 1 İyun 2010 10:30 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mayın 24-nə keçən gecə Çobanzadə küçəsində yerləşən «Oskar» şadlıq sarayının anbarından, pəncərədən keçmək yolu ilə, 10 000 rus rublu, müxtəlif növ spirtli içkilər və şəxsi sənədlər olan dəmir seyf oğurlanıb.
Azərbaycan paytaxtında şadlıq evindən oğurluq edənlər tutulub

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, mayın 24-nə keçən gecə Çobanzadə küçəsində yerləşən "Oskar" şadlıq sarayının anbarından, pəncərədən keçmək yolu ilə, 10 000 rus rublu, müxtəlif növ spirtli içkilər və şəxsi sənədlər olan dəmir seyf oğurlanıb.

Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinənlər - Famil Abbasov, Təbriz Rüstəmov, Ramin Məmmədzadə və Namiq Abbasov mayın 31-də tutulublar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti