...

Gürcüstanın ərazi bütövlüyü məsələsində kompromis olmayacaq - NATO-nun rəsmi nümayəndəsi

Siyasət Materials 11 İyun 2010 14:47 (UTC +04:00)
Bu gün Brüsseldə Gürcüstan - NATO komissiyası çərçivəsində görüş baş tutacaq. Bu komissiyanı alyansın rəsmi nümayəndəsi Ceyms Appaturay "Gürcüstan və NATO üçün son dərəcə vacib" adlandırıb.
Gürcüstanın ərazi bütövlüyü məsələsində kompromis olmayacaq - NATO-nun rəsmi nümayəndəsi

Gürcüstan, Tbilisi, 11 iyun /Trend, N.Kirsxaliya/

Bu gün Brüsseldə Gürcüstan - NATO komissiyası çərçivəsində görüş baş tutacaq. Bu komissiyanı alyansın rəsmi nümayəndəsi Ceyms Appaturay "Gürcüstan və NATO üçün son dərəcə vacib" adlandırıb.

"Bizim əməkdaşlıq üzrə milli proqramımız var və bu vacibdir. Gürcüstan sülhməramlı əməliyyatlarda böyük təzminatlar verib. Biz buna görə ona sonsuz dərəcədə minnətdarıq", - Appaturay deyib.

O, həmçinin qeyd edib ki, NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir."Bu məsələdə kompromis yoxdur və olmayacaq", - NATO nümayəndəsi deyib.

Ceyms Appaturay onu da qeyd edib ki, alyans Gürcüstandakı islahatları dəstəkləyir və NATO-nun Buxarest sammitinin vədləri öz qüvvəsində qalır. "NATO-nun qapıları Gürcüstan üçün açıqdır", - o deyib.

Xəbər lenti

Xəbər lenti