...

"Stratfor"un rəhbəri Diplomatik Akademiyada "ABŞ-ın Yaxın Şərq siyasəti" mövzusunda çıxış edib

Siyasət Materials 11 İyun 2010 18:16 (UTC +04:00)
"Stratfor" Geostrateji Proqnozlaşdırma Şirkətinin rəhbəri Corc Fridman Azərbaycan Diplomatik Akademiyasında (ADA) "ABŞ-ın Yaxın Şərq siyasəti" mövzusunda çıxış edib.
"Stratfor"un rəhbəri Diplomatik Akademiyada "ABŞ-ın Yaxın Şərq siyasəti" mövzusunda çıxış edib

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir K.Zərbalıyeva/

"Stratfor" Geostrateji Proqnozlaşdırma Şirkətinin rəhbəri Corc Fridman Azərbaycan Diplomatik Akademiyasında (ADA) "ABŞ-ın Yaxın Şərq siyasəti" mövzusunda çıxış edib.

ADA-dan cümə günü Trend-ə verilən məlumata görə, "Stratfor"un rəhbəri Fridman dünyada mövcud olan qüvvə balansı və ABŞ-ın yeni geosiyasi məkanda oynadığı rol barədə danışıb.

"Stratfor"un rəhbəri Yaxın Şərqdə, Əfqanıstanda mövcud olan münaqişələr, onların yaranma tarixi və həlli yolları haqqında öz fikirlərini açıqlayıb.

Onun sözlərinə görə, ən uzunmüddətli münaqişə sayıla biləcək Yaxın Şərq münaqişəsində tərəflər razılığa gəlməsə, xarici vasitəçilərin səyləri effektli olmayacaq.

Tədbirin sonunda ADA-nın müəllim və tələbə heyəti, xarici səfirliklərin nümayəndələri və xarici ekspertlər onları maraqlandıran suallarla qonağa müraciət ediblər.

Xəbər lenti

Xəbər lenti