Gürcüstan, Tbilisi, 16 iyun /Trend, müxbir N.Kirsxaliya/
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstan üzrə məruzəçi danimarkalı deputat Maykl İensen olacaq. O, bu postda diplomat Matias Yorşu əvəz edib.
Bu dəfə Yorş Avropa Parlamentinə seçilməyib və onu AŞPA-da başqa deputat təmsil edir.
Gürcü parlamentarilərinin qiymətləndirmələrinə görə, İensen prinsipial, obyektiv və nüfuzlu siyasətçidir.
"İensen Matias Yorşun işini ləyaqətlə davam etdirəcək və Gürcüstanda demokratiyanın inkişafına öz töhfəsini verməyə çalışacaq. Biz buna əminik", - Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Petre Tsiskarişvili bildirib.