...

Azərbaycan və Ermənistanın Madrid prinsipləri ilə bağlı mövqeləri yaxınlaşıb - Kreml

Siyasət Materials 18 İyun 2010 00:37 (UTC +04:00)

AzərbaycanErmənistan prezidentləri İlham ƏliyevSerj Sarkisyan rusiyalı həmkarları Dmitriy Medvedevlə görüşdə Dağlıq Qarabağ probleminin həllinə dair Madrid prinsipləri ilə bağlı dialoqun davamına hazır olduqlarını bildiriblər, bunu cümə axşamı Rusiya dövlət başçısının mətbuat katibi Natalya Timakova deyib, məlumatı RİA Novosti yayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin əsas həllinə dair Madrid prinsipləri Azərbaycan və Ermənistana 2007-ci ilin noyabrında İspaniyada Fransa və Rusiyanın xarici işlər nazirləri, ABŞ-ın Dövlət katibinin köməkçisi tərəfindən təqdim edilib. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin bu ilin yanvarın 15-də Soçidə baş tutan üçtərəfli görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistana yenilənmiş Madrid prinsiplərini təqdim edib.

"Qeyd edilib ki, mətndə əsas prinsiplərin həllində mübahisəli olan məsələlərlə bağlı tərəflərin mövqeyi yaxınlaşıb" Timakova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri bu sənədin Rusiya, ABŞ, Fransanın ATƏT-in Minsk qrupu səviyyəsində iştirakı ilə yekunlaşması istiqamətində dialoqun davamına hazır olduqlarını təsdiqləyiblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti