...

Azərbaycanda reseptlə buraxılan dərman vasitələri reklam olunacaq

Siyasət Materials 22 İyun 2010 17:40 (UTC +04:00)
Azərbaycan Parlamentinin növbədənkənar iclasında Azərbaycan Respublikasının "Reklam haqqında", "Teleyayım haqqında" və "Dərman preparatları haqqında" qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun qəbul olunub.
Azərbaycanda reseptlə buraxılan dərman vasitələri reklam olunacaq

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir M.Əliyev/

Çərşənbə axşamı Azərbaycan Parlamentinin növbədənkənar iclasında Azərbaycan Respublikasının "Reklam haqqında", "Teleyayım haqqında" və "Dərman preparatları haqqında" qanunlarına əlavə və dəyişikliklər edilməsi barədə qanun qəbul olunub.

Qanun layihələri haqqında ətraflı məlumatı parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib.

"Qanunda dəyişikliklər reseptlə buraxılan dərman vasitələrinin reklamını nəzərdə tutur. Bundan əvvəl belə dərmanlar televiziya və radioda reklam oluna bilməzdilər", - Rəcəbli deyib.

Müzakirələr zamanı deputat Azay Quliyev gələcəkdə sosial reklamların yayımı qaydalarını müəyyən edən reklam haqqında qanuna dəyişikliklər edilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti