...

Azərbaycan Prezidenti Lənkəranda konserv zavodunun açılışında iştirak edib

Siyasət Materials 25 İyun 2010 13:57 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Lənkəranda konserv zavodunun açılışında iştirak edib

İyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Lənkərana səfəri çərçivəsində Sütəmurdov kəndində konserv zavodunun açılışında iştirak edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşılayıb. Prezident İlham Əliyev müəssisə ilə yaxından tanış olub.

Məlumat verilib ki, son illərdə Lənkəranda da yeni müəssisələrin istifadəyə verilməsi davamlı xarakter alıb. Bu müəssisələrin istehsal etdiyi məhsulların rəqabətədavamlı və keyfiyyətli olması isə, ilk növbədə, ölkəmizin ixrac potensialının gücləndirilməsinə xidmət edir.
Zavodun ümumi sahəsi 10 hektar, tikinti sahəsi 1 hektardır. 2008-ci ilin mayında başlanılmış inşaat işləri bu ilin martında başa çatdırılıb. Müəssisə üç əsas binadan - inzibati korpus, istehsalat və soyuducu anbar sexlərindən ibarətdir. Zavod saatda 30 ton məhsul qəbul etmək gücünə malikdir. Müəssisədə şüşə qablar xətti, bütün növ cem və bal qablaşdırmaq üçün doldurucu xətt, turşu və meyvə şirəsi xətti vardır. İtaliyanın məşhur "Podovan" şirkətinin istehsalı olan müasir avadanlığın quraşdırıldığı zavodun ərazisində tutumu 2 min ton olan 9 kameralı soyuducu anbar da inşa edilib. Müəssisə tam gücü ilə işləyəndə burada 350 nəfər çalışacaq.

Prezident İlham Əliyev zavodun işə düşməsini bildirən düyməni sıxıb, istehsal sahələrində prosesi izlədi. Soyuducu anbarı da gəzən Prezident İlham Əliyev burada qablaşdırma prosesini də müşahidə etdi. Dövlətimizin başçısı müəssisənin kollektivini təbrik edib, onlara uğurlar arzuladı.

Xəbər lenti

Xəbər lenti