...

NATO Ermənistanın Dağlıq Qarabağ probleminin müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq – hakim partiya

Siyasət Materials 9 Avqust 2010 12:46 (UTC +04:00)
NATO nüfuzlu hərbi-siyasi təşkilatdır və belə bir nüfuzlu qurum Ermənistan tərəfinin müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin payız sessiyasında müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq, - bu barədə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Səyavuş Novruzov partiyanın rəsmi saytına bildirib.
NATO Ermənistanın Dağlıq Qarabağ probleminin müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq – hakim partiya

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir M. Əliyev/

NATO nüfuzlu hərbi-siyasi təşkilatdır və belə bir nüfuzlu qurum Ermənistan tərəfinin müxtəlif bəhanələrlə Dağlıq Qarabağ probleminin payız sessiyasında müzakirəsinin təxirə salınması cəhdlərinin qarşısını alacaq, - bu barədə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Səyavuş Novruzov partiyanın rəsmi saytına bildirib.

"NATO Parlament Assambleyasının Riqada keçirilən yaz sessiyası zamanı, Azərbaycan nümayəndə heyəti üzvlərinin rəhbərliyi ilə görüşün nəticəsi olaraq, qurumun rəhbərliyi Dağlıq Qarabağ probleminin müzakirəsinin NATO PA-nın payız sessiyasının gündəliyinə daxil edilməsi ilə bağlı tapşırıq verdi", - Novruzov bildirib.

Onun sözlərinə görə, NATO daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Qurumun 50 illiyinə həsr olunmuş kitabda da verilən xəritədə Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi göstərilib və onun mərkəzi Xankəndi şəhəri adı ilə qeyd olunub.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti